Şəfəqə Doğru » Manşet » Azərbaycanda sürətli BAHALAŞMA – Görülən tədbirlər də səmərə vermir

Azərbaycanda sürətli BAHALAŞMA – Görülən tədbirlər də səmərə vermir

Azərbaycanda sürətli BAHALAŞMA – Görülən tədbirlər də səmərə vermir

Bütün dünyada olduğu kimi, Azərbaycanda da ərzaq və qeyri-ərzaq bazarında sürətli bahalaşma gedir. Dünyadakı bahalaşma qlobal proseslərlə, xüsusilə əsas ixracatçı dövlətlər olan Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə edilir, Azərbaycanda isə hələ ötən ildən vüsət alan bahalaşmanın qarşısını almaq mümkün olmayıb.

 

Ölkənin mağaza və marketlərində qiymətlər demək olar ki, hər gün artır. Bu həftə aldığın mal-məhsul, 5 gün sonra 1-2 manat artımla təklif edilir.

 

İdxal məhsullarının qiymətlərinin artımı başadüşüləndir, bəs yerli istehsal niyə bahalaşır? Yoxsa, onlar da idxaldır, adını yerli qoymuşuq?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vüqar Bayramov bildirib ki, BMT-nin ərzaq proqramında bazardakı qiymətlər proqnozlaşdırıldığından daha çox artıb:

 

"Əvvəl BMT dünya bazarında qiymətlərin 2022-ci ildə 8-22 faiz intervalında artacağını proqnozlaşdırsa da, son monitorniqlər göstərir ki, dünya bazarında qiyməti hətta 35 faizdən çox artan məhsullar da var”.

 

 

Deputat qeyd edib ki, qiymət artımına Rusiya-Ukrayna müharibəsi amili çox təsir edib:

 

"Çünki hər iki ölkənin ərzaq ixracatında məhsulları xüsusi paya malik idi. Hazırda müharibə ilə əlaqədar olaraq Ukraynanın 70 milyardlıq ixracatında ciddi problemlər var, eyni zamanda Rusiyanın 235 milyardlıq ixracatı məhdudlaşıb”.

 

V.Bayramov, eyni zamanda idxal inflyasiyasının qaçınılmaz olduğunu vurğulayıb:

 

"Belə bir situasiyada əlbəttə ki, idxal olunan ərzaq məhsullarında qiymət artımları müşahidə olunur. Eyni zamanda dünya bankı, Asiya İnkişaf Bankı Azərbaycan üzrə inflyasiya dərəcələrini artırıb. 2022-ci il üzrə inflyasiya göstəricisini Dünya bankı 9 faiz, FED  isə 7,5 faiz olaraq proqnozlaşdırıb. Bu da birbaşa dünya və region bazarındakı qiymət artımları ilə bağlıdır".

 

Parlamentarinin sözlərinə görə, Nazirlər Kabineti qiymət artımlarının minimumlaşdırılması ilə bağlı fəaliyyətlər, o cümlədən, anti-infilyasiya tədbirləri həyata keçirir:

 

"Əsas məqsəd bazarda yerli istehsal məhsullarınının payını artırmaqdır. Amma nəzərə almaq lazımdır ki, bu kifayət qədər zaman tələb edən bir prosesdir. İndiki halda digər alətlərdən istifadə etməklə qiymət artımı təsirlərinin minimumlaşdırılması əsas hədəfdir. Ancaq ümumiyyətlə, orta və uzunmüddətli dövr üçün hədəf ondan ibarətdir ki, ərzaq məhsullarının idxalı ciddi şəkildə azaldılsın və tələblər daha çox yerli istehsal hesabına ödənilsin. O baxımdan hökumət tərfindən qiymət artımlarının tənzimlənməsi məsələsi ilə bağlı siyasət həyata keçirilir. Ancaq bütün bunlarla yanaşı bütövlükdə onu qeyd etmək lazımdır ki, idxal infilyasiyası qaçınılmazdır. Əgər növbəti dövrlərdə də dünya bazarında qiymət artımları davam edəcəksə, bu, Azərbaycana idxal olunan ərzaq məhsullarında qiymət artımını qaçınılmaz edəcək".