Şəfəqə Doğru » Manşet » Rusiya MN mühasirədəkilərə təslim olmaq üçün vaxt verdi, Ukrayna rədd etdi - "Onlar belə öldürüləcək..."

Rusiya MN mühasirədəkilərə təslim olmaq üçün vaxt verdi, Ukrayna rədd etdi - "Onlar belə öldürüləcək..."

Rusiya MN mühasirədəkilərə təslim olmaq üçün vaxt verdi, Ukrayna rədd etdi - "Onlar belə öldürüləcək..."
"Zavodun bütün ərazisi əvvəlcə yüksək partlayıcı FAB-3000 hava bombaları ilə darmadağın ediləcək, sonra isə...”
  
Rusiya Müdafiə Nazirliyinin Mariupoldakı "Azovstal” zavodunda mühasirədəkiləri təslim olmağa çağırması təklifi rədd edilib.  Müdafiə Nazirliyinin təklifinə əsasən, Moskva vaxtı ilə bu gün səhər saat 05:00-dan etibarən tərəflərin əlaqələri qurulmalı, saat 05:30-dan etibarən tam sükut rejimi fəaliyyətə başlamalı, 06:00-dan etibarən mühasirədə olanların təhlükəsiz çıxışı həyata keçirilməli idi. 

Təslim olmaq üçün saat 13.00-a qədər vaxt verilsə də, Rusiyanın təklifi havada qalıb.  Bildirilir ki, Kiyev hakimiyyəti mühasirədəkiləri təslim olmamağa çağırıb. Rusiya Müdafiə Nazirliyi radio- dinləmələrindən öyrənib ki,  Kiyevdən silahı yerə qoymaq istəyənlərin güllələnməsi əmri verilib.  
 
Rusiya Müdafiə Nazirliyi bildirib ki, mühasirədə olanlar "Azovstal”ın ərazisindəki yeraltı anbarlarda gizlənirlər və  onların arasında ən azı 400-dən çox əcnəbi muzdlu da var. "Lakin tezliklə onların  sığındıqları  yer cəhənnəmə çevriləcək”,-deyə  əməliyyatın təfərrüatından məlumatlı olan kp.ru saytı yazır.  Bildirilir ki, zirzəmilərdə gizlənənlərə basqın edilməyəcək. Çünki  zirzəmilərdə dəhlizlər dardır və minalanıb. "Buna görə də, zavodun bütün ərazisi əvvəlcə yüksək partlayıcı FAB-3000 hava bombaları ilə darmadağın ediləcək və bu bombalar uzaq mənzilli səsdən sürətli Tu-22M3 bombardmançıları tərəfindən atılacaq. Belə bombalar zirzəmiləri dağıdacaq.

Bu silah Suriyada katakombalarda gizlənən terrorçularla mübarizədə özünü çox yaxşı sübut edib. Əvvəlcə raket mərmisi tavanı yarıb otaqda partlayır. Bir neçə saniyə ərzində partlayıcı qarışıq hava ilə qarış. O, praktiki olaraq bütün oksigeni udur və hədəfin gizləndiyi yerlərə, ən kiçik çatlara və hətta yaxınlıqdakı hər kəsin ağciyərlərinə sürətlə nüfuz edir. Bundan sonra ikinci partlayış baş verir. Bu cür silahlardan "Azovstal”da istifadə etmək olar, çünki yaxınlıqda yaşayış binaları və sosial müəssisələr yoxdur” deyə, kp.ru-nun xəbərində deyilir. Saytın məlumatına hər hansı rəsmi reaksiya isə yoxdur. 

Əvəzində Rusiya Müdafiə Nazirliyi Ukraynada vuruşan əcnəbi muzdlularla bağlı rəsmi rəqəmlər açıqlayıb. İddia olunur ki,  63 dövlətdən 6824 əcnəbi muzdlu Ukraynaya gəlib. "Ən çox qrup Polşadan gəlib - 1717 nəfər. ABŞ, Kanada və Rumıniyadan təxminən 1,5 min muzdlu gəlib. Böyük Britaniya və Gürcüstandan gələn qrupların hər birində 300 nəfərə qədər muzdlu var. Suriya Ərəb Respublikasının Türkiyənin nəzarətində olan ərazilərdən 193 nəfər Ukraynaya gəlib. Onların əksəriyyəti Kiyev, Xarkov, Odessa, Nikolayevdədir. Onların da Kiyev yaxınlığında, Belaya Tserkov şəhəri ərazisində öz "koordinasiya qərargahı" var” deyə, rəsmi məlumatda bildirilir.

Hərbi əməliyyatlar nəticəsində muzdluların sayı azalıb, indi onların sayı 4877 nəfərdir. Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri 1035 əcnəbi muzdlu əsgəri məhv edib. Daha 912 muzdlu hərbi əməliyyatlarda iştirakdan imtina edərək ölkədən qaçıb. Rusiya tərəfi xəbərdarlıq edib ki, xarici muzdlular  "döyüşçü” statusuna malik deyillər və onları ən yaxşı halda "cinayət məsuliyyəti və uzun müddətli həbs cəzası” gözləyir.  

Musavat.com