Şəfəqə Doğru » Manşet » Zelenski Ukraynanın bərpası üçün lazım olan məbləği açıqladı...

Zelenski Ukraynanın bərpası üçün lazım olan məbləği açıqladı...

Zelenski Ukraynanın bərpası üçün lazım olan məbləği açıqladı...
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ölkənin yenidən qurulması üçün ən azı 600 milyard dollar lazımdır.
 
O, çərşənbə axşamı The Wall Street Journal-ın təşkil etdiyi icraçı direktorların sammitində videoformatda çıxış edərək belə bir qiymətləndirmə edib.
 
Zelenski Ukraynanın hərbi əməliyyatlar başa çatdıqdan sonra bərpası üçün hansı vəsaitin lazım olacağı sualına cavab verib. Onun sözlərinə görə, "600 milyard dollar yalnız təxmini məbləğdir. "Söhbət infrastruktur obyektlərinin, yaşayış massivlərinin, müəssisələrin” bərpasından gedir", - Ukrayna lideri vurğulayıb.
 
"Biz məhv edilmiş hər şeyi bərpa edə biləcəyik və siz də bizim bərpamıza kömək edə bilərsiniz” deyən Zelenski qərbli sahibkarlara müraciət edərək, "Bu fürsətdən şirkətləriniz üçün istifadə edin, Kiyevdə ofislər tikin, Ukraynada şirkətlər yaradın və siz 40 milyondan çox bazara çıxış əldə edəcəksiniz. Bu, Avropanın ən böyüyüdür." O, həmçinin Qərb şirkətlərinə ölkədə işləmək üçün əlverişli şərait vəd edib.
 
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə əlavə 500 milyon dollarlıq iqtisadi yardım edəcəyini açıqlamışdı. Amerika lideri aydınlaşdırıb ki, bu vəsaitlər Kiyevə iqtisadiyyatı sabitləşdirmək, maaşları vermək və əhalini lazımi xidmətlərlə təmin etmək üçün verilir. (marja.az)