Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”
- Tarix: 19-may-2022, 13:52 - Bölmə: Manşet / Aktual - Baxış sayı: 29
Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb. 
 
Shafaqadogru.com  xəbər verir ki, fevral ayında Ukrayna sərhədinə daşınan 5 nəfərlik komandanın rəhbərlik etdiyi "Terminator" zirehli texnikası Suriyada istifadə olunduqdan sonra müharibədə ilk dəfə meydançaya çıxıb. 

Rusiya mətbuatının "müharibədə oyunu dəyişdirən" olaraq xarakterizə etdiyi tankın Rusiya Prezidenti Vladimir Putinin ən sevimli silahlarından biri olduğu ifadə edilir. 

T-72 şassisi üzərində dizayn edilmiş və 2 30 mm-lik avtomatik top, 4 tank əleyhinə raket, 2 30 mm qumbaraatan və 7,62 mm pulemyotdan ibarət təsirli arsenal daşıyan bu zirehli maşın 5 nəfərlik komanda tərəfindən idarə olunur. 

Rusiyanın "Terminator”un Ukraynaya yerləşdirilməsini niyə indiyədək gecikdirdiyi barədə isə məlumat verilməyib.

Əzizə Zeynal 
Sfera.az

 

Oxşar xəbərlər