Dünən axşam Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim "Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb. Shafaqadogru.com xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazır.
"Dünən axşam Nikol Paşinyan Moskvaya səfərini yekunları və Qarabağ ətrafında baş verən son hadisələri müzakirə etmək üçün parlamentdə hakim "Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb. Xatırladaq ki, Brüsselə məlum səfərindən sonra Nikol Paşinyan aprelin 19-da Moskvaya rəsmi səfər edib. Rusiya prezidenti Putinlə 30 bəndlik bəyanat imzalayıb. Nikol Paşinyan Putinlə təkbətək söhbətinin ictimaiyyətə açıqlanmayan epizodlarını danışıb və deyib ki, Rusiya Qərbdən fərqli olaraq Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir və rəsmi Yerevan Qarabağ məsələsinin Ermənistan tərəfindən həll edilməli olduğunu bəyan etməlidir.” -nəşr qeyd edib.
"Brüssel razılaşmaları Rusiya üçün qəbuledilməz idi, xüsusən də Qarabağın statusunun aşağı salınması tələbi, bu da özlüyündə Qarabağın tamamilə Azərbaycana verilməsi deməkdir. Rəsmi Moskva hər kəsin həm Qərbin, həm də Azərbaycanın yararlanmağa çalışdığı zəifləmiş mövqeyini nəzərə alaraq, istənilən dəyişikliyin onun xeyrinə olmayacağını anlayaraq nəyin bahasına olursa olsun mövcud status-kvonu saxlamaq istəyir.”- nəşr qeyd edib.