Şəfəqə Doğru » Manşet » “Mənə elə gəlir ki, meymunçiçəyi virusu laboratoriyalarda hazırlanır” - Keçmiş spiker

“Mənə elə gəlir ki, meymunçiçəyi virusu laboratoriyalarda hazırlanır” - Keçmiş spiker

“Mənə elə gəlir ki, meymunçiçəyi virusu laboratoriyalarda hazırlanır” - Keçmiş spiker
"Xəstəliyin biri gedir, digəri gəlir. İndi də meymunçiçəyi xəstəliyini ortaya atıblar. Üstəlik, yeni başlayıb və hələlik çox az sayda insan xəstələnib. Müşahidələr göstərir ki, meymunçiçəyi COVİD-19 virusu kimi sürətlə yayılmır. Mənə elə gəlir ki, meymunçiçəyi də laboratoriyalarda hazırlanan əməliyyatdır. Görünür, bunu hansısa qüvvələr edir, onların da öz maraqları var. Sanki COVİD-in törətdiyi fəlakəti bu yolla davam etdirmək istəyirlər. Hələlik bu xəstəlik haqqında dəqiq məlumat yoxdur, odur ki, konkret nəsə demək çətindir”. Shafaqadogru.com  xəbər verir ki, bunu Reyting.az-a tibb elmləri doktoru, professor Yaqub Məmmədov yeni yayılmağa başlayan meymunçiçəyi xəstəliyindən danışarkən bildirib.

Y. Məmmədov diqqətə çatdırıb ki, bir sıra ölkələrdə artıq meymunçiçəyi xəstəliyinə rast gəlinir. O, bunu təhlükə kimi qiymətləndirir və hesab edir ki, hələlik bu, sürətlə və geniş yayılan xəstəlik təəssüratı yaratmır: "Qeyd edirlər ki, bizə qonşu ölkələrdə də belə xəstəliyi keçirən şəxslər var. Amma müşahidələrimə əsasən deyərdim ki, dünyada meymunçiçəyinə yoluxma hələlik azdır. Məsələn, dünya üzrə yoluxma 300-dən aşağıdır. Yoluxmanın az olması müsbət haldır. Hər halda COVİD-lə müqayisədə yoluxma azdır. Bu səbəbdən də indi konkret nəsə demək çətindir. Xəstəliyin təhlükəliliyi onun yayılma tempindən asılı olacaq. Mənim şəxsi qənaətimə görə, meymunçiçəyi COVİD-lə müqayisədə sürətlə yayılana oxşamır”.

Professorun fikrincə, COVİD-19 virusunun tam sıradan çıxdığını demək də doğru deyil. Onun sözlərinə görə, hazırda koronavirus xəstəliyi azalma istiqamətində getsə də, Çində yenidən fəallaşdığı bildirilir.