Şəfəqə Doğru » Manşet » Bu il yay daha isti olacaq, işlər dayandırılmalıdır - Ekspertdən AÇIQLAMA

Bu il yay daha isti olacaq, işlər dayandırılmalıdır - Ekspertdən AÇIQLAMA

Bu il yay daha isti olacaq, işlər dayandırılmalıdır - Ekspertdən AÇIQLAMA

Yayın ilk günləri olsa da, artıq havanın temperaturu yüksəlməyə başlayıb. Mütəxəssislərin proqnozuna görə, bu il yay digər illərlə müqayisədə daha isti olacaq. Nəzərə alsaq ki, ölkə ərazisində açıq havada, günəş altında işləyən xeyli sayda işçi var. 

Bəs bu işçilərin təhlükəsizliyi təmin olunacaqmı?

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ekspert Orxan Musayev Hit.az-a bildirib ki, Azərbaycanda əmək qanunvericiliyinin tələblərinə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və ya fasilələr müəyyən edilməlidir. Həmçinin işəgötürən tərəfindən işçilərə sərinləmək üçün imkan yaradılmalı, iş sahələri içməli sular ilə təmin edilməli, onlara fasilələr və ya istirahət üçün otaqlar hazırlanmalıdır. 

 
 

 

 

Ekspert əlavə edib ki, işlərin dayandırılması və fasilələrin verilməsi üçün havanın temperaturunun qanunvericiliklə nəzərdə tutulmuş son həddə çatmasını gözləmək şərt deyil. İsti hava şəraitində temperatur Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulmuş həddə çatmasa belə, müəssisənin daxili prosedurlarına əsasən işçilərə fasilələr verilə bilər.
 
İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin kompleks şəklində yerinə yetirilməsi olduqca vacibdir.

Xəyal Abdullayev