Şəfəqə Doğru » Manşet » Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla “radara düşdü” – FOTO/VİDEO

Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla “radara düşdü” – FOTO/VİDEO

Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla “radara düşdü” – FOTO/VİDEO
Ölkədə rüşvətin və korrupsiyanın ən çox kök atdığı qurumlardan biri BDYPİ-dir. BDYPİdövlətin son illər ən çox pul ayırdığı qurum olsa da burada olan neqativ hallar azalmaq bilmir. Yerli mətbuatda dəfələrlə BDYPİ-nin radar oyunundan, evakuasiya xidmətindən, MMX-larda baş verən fırıldaqlarından yazılıb. BDYPİ-də rüşvətin ən çox tüğyan etdiyi sahə dövlət nömrə nişanlarını və sürücülük vəsiqələrini verən orqanlarıdır. Teref.info olaraq BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq. Bu gün teref.info-nun elektron poçtuna 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub. Göyçay rayonu Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən redaksiyamıza göndərilən şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
"7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin. müavin Mədət Cəfərovun, Yelmar Həsənovun, Rafael və Elmir adlı əməkdaşları mənim qohumumdan sürücülük vəsiqəsi üçün 850 manat pul alıblar ki, həmin cinayət hadisəsini bütünlüklə video çəkliş etmişəm. Məqsədim budur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib cinayət əmələri ilə məşğul olan 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi olmaqla bütün rüşvətxor əməkdaşlarını ifşa etməkdir.Həmin video çəkilişi Prezident cənab İlham Əliyevə və bütün aidiyyatı orqanlara göndərəcəyəm.
Yaxın qohumuma sürücülük vəsiqəsi almaq üçün 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin qəbulunda oldum.Elxan Əliyev mənə "bu işləri müavin Mədət Cəfərova həvalə etmişəm sən onu gör danış” – deyir. Bundan sonra Mədət Cəfərov təkidlə mənə deyir ki. sənə hörmət edilər 850 manat verərsən. Çox xahiş minnətdən sonra 850 manat rüşvəti polis əməkdaşı Rafael adlı polis əməkdaşına sayıb veririb bütün bu korrupsiya cinayətini video çəkliş edirəm.
7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsində bacım oğlu Əliyev Samir Əlimövsüm oğlunun avtomobilini qeydiyyata aldırmaq üçün polis kapitanı Yelmar Həsənovun da məndən 130 manat rüşvət alma video lentə alınıb. Həmin video çəklişdə görünən odur ki, polis kapitanı Yelmar Həsənov bacım oğlu Samir Əliyevdən avtomobilini qeydiyyata aldırmaq üçün ilkin olaraq 350 manat rüşvət istəyir, çox xahiş – minnətdən sonra 130 manat alaraq avtomobili qeydiyyata alırlar. Həttda pulun az verilməsinə görə Yelmar Həsənov açıq – aşkar bacım oğlunu təhqqir etməsidə video lentə alınmışdı.
Bu korrupsiya cinayətini subut edən video görüntülər əsas verir ki, 7 saylı Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi Elxan Əliyev olmaqla adları keçən bütün əməkdaşları barələrində cinayət işi başlanılmalıdır.Həmin video çəklişlərdən çıxarılmış fotoları sizə göndərirəm.Xahiş edirəm cinayət yuvası olan 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi olmaqla bütün korrupsioner əməkdaşları barədə qanunu tədbirlər görəsiniz.”
Onu da bildirək ki, 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsindəki qanunsuzluqlar haqda mediada dəfələrlə yazılıb. Ciddi ittihamların yer aldığı və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: "Vətəndaşlardan toplanan rüşvət pulları hesabına şöbə rəisi Elxan Əliyevin sərvətləri yüz minlərlə ölçülür. Dəyəri yüz minlərlə ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməsi qeyri-mümkündür. Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər. Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır”.
Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir. Onu da xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.
Teref.info olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla
Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla
Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla
Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla
Yevlax MERO-sunda rüşvət faktı: rəis 850 manatla