Şəfəqə Doğru » Manşet » Türkiyədə yol faciəsində ölən azərbaycanlı sürücünün kimliyi açıqlanıb

Türkiyədə yol faciəsində ölən azərbaycanlı sürücünün kimliyi açıqlanıb

Türkiyədə yol faciəsində ölən azərbaycanlı sürücünün  kimliyi açıqlanıb

Türkiyənin Artvin vilayətində qaya uçqunu nəticəsində həlak olan azərbaycanlı sürücünün kimliyi bəlli olub.

 

Faciəli hadisə zamanı dünyasını dəyişən şəxs 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.

 

Qeyd edək ki, hadisə bu gün Artvin vilayətində baş verib. Sıldırım qayalardan qopan iri daş parçaları yoldan keçən ağırtonnajlı yük avtomobillərinin üzərinə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb.