Şəfəqə Doğru » Manşet » Avtomobil qaçıranlar TUTULDULAR

Avtomobil qaçıranlar TUTULDULAR

Avtomobil qaçıranlar  TUTULDULAR

Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus "VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

 

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar.

 

Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın "VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən olunub.

 

Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.