Şəfəqə Doğru » Manşet » Sutka ərzində insana 1200 kalori, 8-12 stəkan su lazımdır - Fürsət düşən kimi bədəninizi...

Sutka ərzində insana 1200 kalori, 8-12 stəkan su lazımdır - Fürsət düşən kimi bədəninizi...

Sutka ərzində insana 1200 kalori, 8-12 stəkan su lazımdır - Fürsət düşən kimi bədəninizi...
"Oturmaq yox, ayaqüstə durun, liftlə deyil, nərdivanla qalxın, nəqliyyatla deyil, piyada gəzin..."
 
 
 
 
"Küçədə dözülməz istidir, uşaqların böyük tətili başlayıb, dünyada vəziyyət gərgindir...
 
Bunlar ovqatımıza necə təsir etməyə bilər?.."
 
Yorğunluğun qarşısını almaq üçün karbohidratlardan az istifadə edin, kifayət qədər maye qəbul edin və hərəkət edin, həssas olduğunuz qidalardan çəkinin, kifayət qədər yemək yeyin...
 
Yorğunluğun görməzdən gəldiyimiz 5 əsas səbəbi...
 
Yorğunluq hissinin meydana çıxmaşnın ən əsas səbəblərindən biri yuxunun çatışmazlığıdır, hərçənd, başqa amillər də var ki, onların səbəbindən bütün günü biz özümüzü gücsüz hiss edə, əsəbi ola və istirahət arzulaya bilərik. Yaxşı xəbər ondan ibarətdir ki, biz bunların öhdəsindən gələ bilərik.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Yayda əksəriyyətimiz özümüzü adətən olduğundan daha yorğun hiss edirik. Küçədə dözülməz istidir, uşaqların böyük tətili başlayıb, həm də dünyadakı gərgin vəziyyət bu və ya başqa formada bizim ümumi ovqatımıza təsir edir. Nəticədə biz aylarla çiyinlərimizdə yorğunluq daşıya bilərik, amma bunun həyatımızın keyfiyyətini aşağı saldığının və sağlamlığımıza neqativ təsir göstərdiyinin fərqində olmuruq.
 
Arası kəsilməyən yorğunluqla mübarizədə ilk addım buna konkret nəyin sövq etdiyini aydınlaşdırmağa cəhd etməkdir. Əgər təklikdə bunu etmək mümkün deyilsə, o zaman ailə həkiminə müraciət etmək tövsiyə edilir. Lakin hər halda yorğunluğun aydın olmayan əlamətlərinin öyrənilməsindən başlamaq lazımdır və bu gün söhbət məhz bundan gedəcək.
 
1. Siz həddən artıq çox karbohidrat istifadə edirsiniz
 
Maraqlıdır, karbohidratlar bir tərəfdən bizim enerjimizi artırır və çətin məqamlarda ovqatımızı yüksəldir; digər tərəfdən isə kəskin yuxu tutmalarına sövq edir və sonradan bundan yaxa qurtarmaq çətin olur.
 
Əgər karbohidratlar rolunda şirniyyat çıxış edirsə, qanda şəkərin miqdarı sürətlə artır, bu da mədəaltı vəzə onun kənar edilməsi üçün daha çox insulin ifraz edilməsi barədə siqnal göndərir, bu isə yorğunluq hissi törədir. Nəticədə insan oyanış üçün müxtəlif üsullar axtarmağa başlayır, bu məqsədlə yenidən karbohidratlara üz tütur, beləliklə, qapalı dairəyə düşür.
 
Bir neçə təqdiqat göstərib ki, şəkərdən və emal edilən karbohidratlardan istifadənin azaldılması, adətən, enerjini artırır. Məsələn, bu tədqiqatların birinin gedişində futbol matçından öncə bir qrup uşaqlara tərkibində çoxlu miqdarda karbohidratlar olan qəlyanaltı verilib, araxis yağı əsasında qəlyanaltı edən uşaqlara nisbətən onlar daha çox yorğunluq hiss edib.
 
2. Siz kifayət qədər su içmirsiniz
 
Oraqanizmimizin bütün fəaliyyəti, o cümlədən enerji istehsalı kifayət qədər maye tələb edir. Əgər siz kifayət qədər su içmirsinizsə, susuzluq baş verir, bunun da nəticəsində beyin funksiyaları azalır və yorğunluq hissi güclənir.
 
Bir neçə tədqiqat göstərib ki, hətta yüngül susuzluq enerjini azalda və diqqəti zəiflədə bilər. Ona görə də gündəlik içilən suyun miqdarına nəzarət etmək lazımdır. Burada bədən kütləsinin hər kq çəkisinə 30 ml su, yəni orta hesabla sutkada 8-12 stəkan su (qəhvəni, çayı, qazlaşdırılan suyu və s. nəzərə almadan) norma hesab edilir.
 
3. Siz kifayət qədər hərəkət etmirsiniz
 
Bir çox insanlar deyir ki, onlar idmanla məşğul olmaq üçün həddən artıq çox yorulub. Lakin həqiqət ondan ibarətdir ki, hərəkətsizlik enerjinin aşağı olmasının və daimi yorğunluğun səbəbi ola bilər. Bundan başqa, tədqiqatlar göstərib ki, fiziki hərəkətlər həm sağlam, həm də müxtəlif xəstəlikləri olan insanlarda yorğunluğu azalda bilər.
Orqanizmdə enerjini artırmaq üçün imkan düşən kimi bədəninizi məşq etdirin: oturmaq yox, ayaq üstə dayanın, liftlə deyil, nərdivanla qalxın, nəqliyyatla deyil, piyada hərəkət edin. Və, əlbəttə ki, öz gün rejiminizə fitnes-məşqlərini və sürətlə yerişi daxil edin.
 
4. Siz müəyyən qidaya həssaslıqdan əziyyət çəkirsiniz
 
Müəyyən qidaya qarşı həssaslıq və ya həzm etməmək, adətən, səpkilər, mədə pozulması, zökəm və ya baş ağrıları kimi əlamətlər yarada bilər, lakin yorğunluq həmçinin adətən görməzdən gəldiyimiz əlamət ola bilər. Məsələn, əgər siz müəyyən qidanın qəbulundan sonra gücünüzün tükəndiyini hiss edirsinizsə, siz kliniki dietoloqla və ya allerqoloqla məsləhətləşməlisiniz ki, sizin, məsələn, qlyutenə, soyaya və ya laktozaya həssaslığınızı müəyyən etmək mümkün olsun.
 
5. Siz kifayət qədər yemirsiniz
 
Arıqlamağa cəhd edən insanlar kalorini ciddi surətdə məhdudlaşdırır, bu da yorğunluq hissi yarada bilər. Əslində, kalorilər orqanizmin hərəkəti üçün, tənəffüs və bədən hərarətinin daimi saxlanılması üçün enerji vahidləri deməkdir. Bundan başqa, kaloridən az istifadə edəndə orqanizmin vitaminlər və minerallara olan tələbatını ödəmək çətindir. D vitamini, dəmir və digər mühüm qida maddələrinin çatışmazlığı yorğunluq hissi yarada bilər. Məsələn, orta hesabla insanların əksəriyyətinə gündə ən azı 1200 kalori lazımdır ki, maddələr mübadiləsinin ləngiməsinin qarşısını almaq mümkün olsun.
 
Healthy Walla