Şəfəqə Doğru » Manşet » Bakıda fəhlə iş başında ölüb

Bakıda fəhlə iş başında ölüb

Bakıda fəhlə iş başında ölüb

İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.

Shafaqadogru.com  Xəzər Rayon Prokurorluğuna istinadla xəbər verir ki, həmin ərazidə yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.