Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
APA-nın "Bloomberg"ə istinadla yaydığı xəbərə görə, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib.
Xəstəxanada Şinzo Abenin öldüyü açıqlanıb. Bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də bildirib.
Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb. Onun , Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqami olduğu yazılır.