"İntihar edən qazi Elvin Cəfərov əvvəlki dövrlərdə dəfələrlə qəbulumda olub. Nə vaxt gəlibsə, qəbul etmişəm. Son zamanlar ondan xəbərim olmayıb. Elvin Cəfərovun nə tələbi olubsa, hamısı həyata keçirilib, qayğı ilə əhatə olunan qazilərdən biri olub”.
Shafaqadogru.com Pravda.az-a isdinadən xəbərinə görə, bunu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib.
S.Cabbarovun sözlərinə görə, E.Cəfərov ictimai işlərə cəlb olunubmuş: "Mənzil növbəsində idi. Üzərində iş gedir…”
O bildirib ki, qazi özünü icra hakimiyyətinin inzibati binasının deyil, Mədəniyyət Evinin qarşısında yandırıb: "Məsələ ilə hüquq mühafizə orqanları məşğuldur. Özünü niyə yandırdığı araşdırmadan sonra bilinəcək. O, Maştağada dispanserdə qeydiyyatda olub, intihar etməsi dövlətin diqqətsizliyi ucbatından olmayıb. Bunu siyasiləşdirmək düzgün deyil”.
Xatırladaq ki, ötən həftə Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu məlumat yayıb.
Xatırladaq ki, 35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən müharibəsi əlili idi, o, döyüşlərdə kontuziya almışdı.
Elvin Cəfərovun 2 azyaşlı oğlu var.