"Ermənistan ətrafında çox mühüm proseslər yaşanır. Onlar sürətlə Ermənistan və Qarabağın fiziki mövcudluğunun sərhədinə yaxınlaşır”. Alp.az xəbər verir ki, bunu siyasi icmalçı Arman Abovyan deyib.
O deyib ki, bütün bu prosesi görmək üçün faktlara nəzər salmaq lazımdır. Abovyanın sözlərinə görə, yalnız son bir ayda Ermənistana İranın yüksək rütbəli təhlükəsizlik və kəşfiyyat məmurları, bir neçə gün sonra isə Aİ, ABŞ, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri və Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri gəlib. "Türkiyə-Ermənistan danışıqları paralel olaraq gedir. Eyni zamanda, Azərbaycan rəhbərliyi Ermənistan və Qarabağa qarşı müharibəni bərpa etməklə hədələyib. Özü də rusları günahlandırmaqla. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan faktiki olaraq Qarabağın tam tərksilah edilməsini tələb edir”.
Erməni siyasi şərhçi qeyd edib ki, Türkiyə və Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra, Ermənistanın parçalanması prosesi başlayacaq. "Aydındır ki, bu proses demarkasiya, delimitasiya və ya kommunikasiyaların yenidən açılması adlanacaq. Lakin bu, heç nəyi ciddi şəkildə dəyişməyəcək. Çünki bu halda Ermənistan Ermənistanın suveren strateji ərazilərini Azərbaycana verəcək. Amma ən gülməlisi odur ki, bu hökumət hətta hər şeydən imtina edərək, bunun müqabilində sülh alacağını gözləyib, əslində türklərin birbaşa quru sərhədinə malik olmaq strateji hədəfini nəzərə almadığı üçün Azərbaycanla yeni müharibə ehtimalını kəskin şəkildə artırır. Ən dəhşətlisi isə odur ki, demək olar ki, bütün əsas oyunçular öz siyasətlərini Ermənistanın öz suverenliyindən tamamilə imtina etdiyi məntiqi üzərində qururlar. Və bu reallığa görə, bütün oyunçular məqsədlərinə çatmaq üçün sadəcə olaraq Ermənistan Respublikasının siyasi birliyinə məhəl qoymayacaqlar. Bu yaxın aylar bizim varlığımız üçün demək olar ki, ən həlledici aylar olacaq. Və bu heç də mübaliğə deyil”.
Abovyan onu da vurğulayıb ki, İran, Rusiya və Türkiyə liderlərinin Tehran görüşündə bütün regionun real gələcəyinə qərar veriləcək. "Biz faktiki olaraq regional "Potsdam” konfransına bənzər bir prosesin şahidi oluruq və sabah başımıza nə gələcəyini bilmirik”.jamaz