Şəfəqə Doğru » Manşet » Qazaxıstan özünün müdafiə qabiliyyətini niyə gücləndirir? - "WSJ"

Qazaxıstan özünün müdafiə qabiliyyətini niyə gücləndirir? - "WSJ"

Qazaxıstan özünün müdafiə qabiliyyətini niyə gücləndirir? - "WSJ"

Apreldə Qazaxıstan özünün müdafiə büdcəsini 441 milyard tenqe (918 milyon dollar) artırıb. İlin əvvəlində Rusiya Qazaxıstandakı iğtişaşları yatırmaq üçün öz ordusunu Qazaxıstana göndərib. Altı həftədən sonra Rusiya ordusu Ukraynaya soxulub. «Qonşular» imkan alıblar ki, təcavüzü dəstəkləməkdə xidmətlərinə görə bədəl ödəsinlər. Bunun əvəzində Rusiya ilə sərhədi olan Mərkəzi Asiyanın yeganə dövləti müharibədə neytrallığını bəyan etdi, müdafiə büdcəsini artırdı və ABŞ-da, Türkiyədə və Çində müttəfiqlər axtarmağa başladı («WSJ»). Mühüm an iyunda yetişdi - o zaman Tokayev Putinin yanında Ukraynanın bütövlüyünü dəstəklədi və «LXR» və «DXR»-i tanımaqdan imtina etdi.

Qazaxıstan Prezidenti onları «kvazidövlət ərazilər» adlandırdı. Həm də o, əmin etdi ki, Qazaxıstan Rusiya Federasiyasına sanksiyalardan yan keçməkdə kömək etməyəcək.

Nəşr qeyd edir ki, Qazaxıstan Ukraynanın gərgin müqavimətindən dərs aldı və qərara gəldi ki, özünün müdafiə büdcəsini 441 milyard tenqe (918 milyon dollar) artırsın. Adını gizli saxlayan yüksək məqamlı məmur WSJ-yə danışıb ki, bu vəsaitin bir hissəsini ölkənin hərbi ehtiyalarının artırılmasına yönəldəcəklər. Materialda həm də qeyd olunur ki, Mərkəzi Asiyadan olan dövlətin yüksək məqamlı məmuru deyir ki, Rusiyanın ambisiyalarının qarşısında qorxu yalnız artır.

«Nəzərə alın ki, əgər Rusiyanın qarşısında Ukrayna olmasaydı... Növbədə bizmi olacağıq?...» - nəşir məmurdan sitat gətirir.