Şəfəqə Doğru » Manşet » Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir

Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir

Xankəndidəki separatçılar qorxu içində: Bakı NƏZARƏTİ bərpa edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır.

Separatçıların qondarma "parlamentinin” "deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib.

Onun sözlərinə görə, Qarabağa toxunmadan sülh sazişinin imzalanması mümkün deyil: "Çünki sülh gündəliyinin əsasını delimitasiya və demarkasiya təşkil edir və bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqlar. Ermənistan özü belə "arsax”ı "dövlət” kimi tanımayıb”.

Qondarma "deputat” Xankəndidə qeyri-müəyyənliyin davam etdiyini qeyd edib. Əlavə edib ki, proses Bakının bu ərazilər üzərində nəzarəti bərpa etməsinə doğru gedir.