Türkiyədə silahlı hücum olub.
Bu barədə  "Haber Global” xəbər verir.
Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Esenyur rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb.
    
Türkiyədə silahlı hücum oldu, yaralılar var
4-08-2022, 11:54 288
 
                                                    
 
                                                    
 
                                                    
 
                                                    
 
 
