Şəfəqə Doğru » Manşet » Pakistanda təbii fəlakət qurbanlarının sayı 1,2 min nəfəri ötüb

Pakistanda təbii fəlakət qurbanlarının sayı 1,2 min nəfəri ötüb

Pakistanda təbii fəlakət qurbanlarının sayı 1,2 min nəfəri ötüb

Pakistanda iyunun ortalarından bəri davam edən musson yağışları və daşqınlar nəticəsində azı 1208 nəfər həlak olub, daha 6082 nəfər xəsarət alıb.

Bu barədə Pakistanın təbii fəlakətlərlə mübarizə Milli idarəsinin saytında dərc olunmuş məlumatda bildirilir. İdarənin məlumatına əsasən, 5 min kilometrdən çox yol sıradan çıxıb, 1,1 milyondan çox ev dağılıb (onlardan 436 minə yaxını tam yararsız vəziyyətdədir), 733 mindən artıq heyvan tələf olub.
 
Davam etməkdə olan daşqın və torpaq sürüşmələri ümumilikdə 33 milyondan çox insanın həyatına mənfi təsir göstərib. Təbii fəlakətdən zərər çəkən rayonlarda xilasetmə əməliyyatlarına Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri, həmçinin ordu aviasiyası və hərbi mühəndis texnikası cəlb olunub.
 
Pakistanın mülki və hərbi rəhbərliyi təbii fəlakətin nəticələrini yumşaltmaq məqsədilə bütün mövcud resursları və imkanları səfərbər edib. Avqustun əvvəlində hökumət yaranmış ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dost Pakistana 2 milyon dollar humanitar yardım ayırıb. Kömək əli uzadanlar arasında Türkiyə də var. /Azərtac/