“Kövrək insanam. Kimsə mənə bir söz desə, oturub ağlayıram. Özümdən asılı deyil, ağlamasam ürəyim partlayar”.
Shafaqadogru.com Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib.
Sənətçi bildirib ki, bu həyatda həyat yoldaşı Həcini ideal insan kimi görür.
“Bu həyatda ideal insan yoxdur. Bir insanın bütün hər şeyi ideal olsa da, hardasa bir səhvi var. Həyat yoldaşıma deyirəm ki, bu həyatda səndən ideal insan tanımıram. Amma onun da səhvi var. Xarakterində bir məqam xoşuma gəlmir. Baxmayaraq ki, o, iş adamıdır, amma planlaşdırılmış iş görmür”.
Azyaşlı oğlu Əlidən söz açan Şəbnəm ona kifayət qədər zaman ayıra bilmədiyi üçün heyifsləndiyini bildirib.
“Evimdə oğluma baxan bir neçə dayə var. Onlar o dərəcədə oğluma tərbiyə verirlər ki, bəlkə də heç valideyini olan uşaqlar elə tərbiyə almırlar. Oğlum Əli mənim üçün çox darıxır. İşə gedəndə Əli dərhal deyir ki, ana hara gedirsən. Başlayır ağlamağa, çünki onun artıq ağlı kəsir”.
Şou-biznesdə yaşlı müğənnilərin gənc həmkarları ilə ayaqlaşmaq üçün “dəridən-qabıqdan çıxmasına” da özünəməxsus şəkildə münasibət bildirib.
“Bir arzum var. Bu gün 38 yaşım var. 44 yaşıma kimi belə gümrah, sağlam qalım. Sənətdə elə həmkarlarım var ki, baxırsan 45 yaşı var, amma 25 yaşında cavan qızlara bənzəyir. Sənətdə 45 yaş nə yaşdır ki? Heç bir yaş deyil. Könül Kərimova gənclərlə dirəşib. Onlarla ayaqlaşmağa çalışır”.
VİDEO BURADA: https://player.bizim.media?v=9917&share_user_id=