Şəfəqə Doğru » Manşet » AĞSTAFADA ETİRAZ AKSİYASI QAÇILMAZDIR.

AĞSTAFADA ETİRAZ AKSİYASI QAÇILMAZDIR.

AĞSTAFADA ETİRAZ AKSİYASI QAÇILMAZDIR.

  Son günlər Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayevin xəstəxanada çıxardığı oyunlar rayon sakinlərini təngə gətirib. Təbii ki, Mustafayevin xoşagəlməyən hərəkətlərindən, rüşvətxorluğundan və həkim peşəsinə zidd olan kobud davranışından bir sıra aidiyyəti orqanların, o cümlədən səhiyyə nazirliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin də yaxşı xəbəri var. Di gəl, elə bil qəsdən məmurlarımız vətəndaşları iqtidarın üstünə qaldırır. Bu siyasəti isə anlayıb, təcili tədbir görən tapılmır.

  Fikir verin, Mustafayev İlham Ağstafa səhiyyəsinə gəldiyi gündən səhiyyənin belinə "qara yun” bağlanıb. Bu adam 10 manata da tamah salır. Rayon sakinlərinin dediyinə görə, Ağstafaya hələ belə adam gəlməyib. Mustafayev xəstəxananı bərbad hala salıb. Xəstəxanada olan "strelizasiya” aparılan avtoklavı məqsədli şəkildə işlətmir. Hansı ki, əməliyyat olunan xəstənin taleyi birbaşa ondan asılıdır. Elektrik bıçaqlarından isə söz açmağa dəyməz. İşıqlandırma sistemi olduqca zəif, kondisionerlər isə işləmir.

  Səhiyyə nazirliyindən Ağstafa xəstəxanasına külli miqdarda vəsait, dərman ləvazimatları, bərk və yumşaq inventarlar ayrılmasına baxmayaraq, sadalananlar yox dərəcəsindədir. İşə baxın ki, Ağstafa kimi bir rayonda baş həkim hər şeyi başından eləyir. Xəstəxanaya gələn xəstələri analiz üçün özəl tibbi mərkəzlərə göndərir ki, xəstələr orada analiz versinlər. Həkimin bu niyyətini belə başa düşmək olar ki, o, özəl tibb müəssisələri ilə də şərikdir. Xəstəxananın poliklinikasına, laboratoriyaya, cərrahiyyə şöbəsinə, UZİ-yə, rentgenə, doğum evinə və tabeçiliyində olan bütün tibb sahələrinə aylıq haqq qoyan İlham Mustafyev Ağstafa səhiyyəsinə "hopan” və ya gəlir mənbəyi kimi baxır.

Sentyabrın 11-də xəstəxananın qarşısında baş verən aksiya isə daha canüşüdücüdür. Belə ki, Ağstafa sakinini  xəstənin sahibləri təcili müayinə üçün xəstəxanaya çatdırırlar. Bu vaxt xəstəxanada 1 nəfər də həkim tapılmır. Nəhayət, sakinlər Mustafyevə çıxırlar ki, xəstənin  vəziyyəti ağırdı, təcili Bakıya getməlidi. Maşın lazımdı. Mustafayev isə bildirir ki, maşın, filan yoxdu. Gedin nə edirsiniz edin! Həmin an xəstə sahibləri maşın yolunu bağlayırlar və rayonun icra başçısını və rayon prokurorunu tələb edirlər. Məqsədləri isə, Mustafayevin Dövlət xəstəxanasını "özəlləşdirməsindən” gedir ki, rayon rəhbərləri hara baxırlar ki, Mustafyev Ağstafada "at oynadır?”

 Rayon xəstəxanasında Mustafyevin bu cür dözülməz hərəkətlərinə rayonun icra başçısı və aidiyyəti orqanlar qarışmasa, ağstafalılar Mustafyevə görə Ağstafada etiraz aksiyası keçirmək qərarına gəliblər.

                                                                                                İlham Hacalı