Şəfəqə Doğru » Manşet » Masallıdakı partlayışın səbəbi bəlli oldu: Kamran telefonu şarja taxanda... - FOTO

Masallıdakı partlayışın səbəbi bəlli oldu: Kamran telefonu şarja taxanda... - FOTO

Masallıdakı partlayışın səbəbi bəlli oldu: Kamran telefonu şarja taxanda... - FOTO

Masallının Mollahəsənli kəndində bir mərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan Cəfərov Kamran Həsən oğlu ötən axşam Bakıda 5 nömrəli Şəhər Klinik Xəstəxanasında vəfat edib.

Shafaqadogru.com  Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən hadisə sentyabrın 17-də Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində baş verib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Belə ki, gecə evdə qaz sızması olub. 23 yaşlı Kamran səhər yuxudan oyanan zaman telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.

Qeyd edək ki, anası Dünyaxanım Cəfərovaya ilə yaşayan Kamran evin tək övladı olub və nişanlı idi.

Shafaqadogru.com