Şəfəqə Doğru » Manşet » Moskva Paşinyana “qulaqburması” verib

Moskva Paşinyana “qulaqburması” verib

Moskva Paşinyana “qulaqburması” verib

Ermənistan hakimiyyəti destruktiv siyasətini davam etdirir. İrəvan gah sülhə tərəfdar olduğunu deyir, gah da silaha əl ataraq Azərbaycana qarşı hərbi təxribatlar törədir.

 

Sərhəddə baş verən son hadisələr bir daha təsdiqləyir ki, baş nazir Nikol Paşinyanın sülh vədləri pafosdan başqa bir şey deyil. Əslində ermənilərin niyyəti münaqişəli vəziyyətin davam etməsidir ki, bu da sülh müqaviləsinin imzalanmasına birbaşa təhdiddir.

 

Azərbaycan israrla sülhə hazır olduğunu bildirsə də, qarşı tərəfin təxribatçı addımları danışıqların sıfırlanmasına gətirib çıxarır. Nəticədə sülh müqaviləsi ilə yanaşı, Zəngəzur dəhlizinin açılması prosesi də yubanır.

 

Son prosesləri Modern.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Paşinyanın ziddiyətli fikirlər səsləndirməsi təəccüb doğurmur. Bu siyasət artıq ermənilərin ana xəttinə çevrilib:

 

“Paşinyana çox güman ki, Moskvada müəyyən qüvvələr qulaqburması verib. Ona deyiblər ki, sən bizim forpostumuz olaraq Avropaya gedib görüşlər keçirir, hansısa razılığa gəlirsən.Tez özünü yığışdırmalısan. Qulaqburmasından sonra Paşinyan özünə gələrək ziddiyyətli açıqlama verib. Onu da nəzərə almaq lazımdır ki, daxildə ona qarşı çıxış edənlər az deyil. Müxalifət Paşinyana təpki göstərmək, onu hakimiyyətdən uzaqlaşdırmaq üçün bəhanə axtarır. Hazırda Paşinyanın vəziyyəti ağırdır. Nə edəcəyini bilmir”.

 

Sabiq diplomat hesab edir ki, Azərbaycan tərəfi ardıcıl olaraq siyasi təzyiq göstərməklə Ermənistanı sülh sazişini imzalamağa məcbur edə bilər.

 

“Sadəcə olaraq, anlamaq lazımdır ki, sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır. Onlar hazırda çox pis vəziyyətdədirlər. Rahat nəfəs ala bilmirlər. Çünki həm Azərbaycan, həm də Türkiyə tərəfindən Ermənistanla sərhədlər bağlanıb. Buna görə də, Ermənistanın iqtisadiyyatı iflic vəziyyətindədir. Əlbəttə, Azərbaycan təzyiqini davam etdirəcək. İnanıram ki, bununla da müəyyən razılığa nail olunacaq”, - deyə politoloq vurğulayıb.