Şəfəqə Doğru » Manşet » Ermənistanın eks-prezidentləri və Qarabağ separatçılarının sabiq başçıları TOPLAŞIR

Ermənistanın eks-prezidentləri və Qarabağ separatçılarının sabiq başçıları TOPLAŞIR

Ermənistanın eks-prezidentləri və Qarabağ separatçılarının sabiq başçıları TOPLAŞIR

Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.


Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə keçiriləcəyinə eyham vurub.


İ.Saqatelyan Ermənistandakı vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsi təklifi ilə çıxış edib.


Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında görüş keçiriləcək. Burada Ermənistan və qonrama “dqr”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək.


“Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılıq veriblər”.


Ehtimal olunur ki, iclasdan sonra iştirakçılar hakimiyyətə müraciət edəcəklər.