Şəfəqə Doğru » Manşet » Rusiyada səfərbərlik bu gündən başlayır - YENİLƏNİB

Rusiyada səfərbərlik bu gündən başlayır - YENİLƏNİB

Rusiyada səfərbərlik bu gündən başlayır - YENİLƏNİB

Rusiya Federasiyasında qismən səfərbərlik elan olunub.

 

Shafaqadogru.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsilə xalqa müraciətində bildirib.

 

Rusiyada səfərbərlik tədbirləri bu gündən başlayacaq. Məlumata görə, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə yalnız ehtiyatda olan hərbçilər, ilk növbədə təcrübəsi olanlar cəlb ediləcək.

 

Qismən səfərbərlik çərçivəsində hərbi hissələrə göndərilənlər əlavə təlim keçəcəklər. Eyni zamanada səfərbər edilmiş ruslar müqaviləli işçilər kimi zəmanətlər alacaqlar.

 

Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan sonra ikinci dəfə xalqa müraciət edib.