Şəfəqə Doğru » Manşet » Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.

Bu barədə  Alp.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – nazirlikdən əlavə edilib.