Şəfəqə Doğru » Manşet » İran ÇALXALANIR: ölənlərin sayı yenə artdı

İran ÇALXALANIR: ölənlərin sayı yenə artdı

İran ÇALXALANIR: ölənlərin sayı yenə artdı

İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Əmini ilə bağlı etirazlar davam edir.

Shafaqadogru.com  xəbər verir ki, nümayişlər demək olar ki, bütün ölkəyə yayıldı.

Rəsmi qurumların məlumatına görə, iğtişaşlarda azı 17 nəfər ölüb.

İranda nümayişlər 80-dən çox şəhər və qəsəbəyə yayılıb.

Məlumata görə ölkənin əsas küçələrində “Qadın, həyat və azadlıq” şüarları səslənməkdədir.


İranın “Teleqram” kanallarının məlumatına görə, ötən gecədən başlayaraq etirazlar bütün ölkəyə yayılıb. Çox sayda insanın öldüyü və yaralandığı vurğulanır. Hətta ölənlərin rəsmi rəqəmlərdən qat-qat artıq olduğu qeyd edilir.

İran prezidenti İbrahim Rəisi nümayişçilərin hərəkətlərini “qəbuledilməz” adlandırıb.
22 yaşlı Məhsa Amininin atası Emcet Amini qızının səhhətində heç bir problem olmadığını bildirib:

“Şahidlər qızımın həbsdə döyüldüyünü deyir”.

Birləşmiş Ştatlar isə Aminini həbs edən İranın Əxlaq Polisinin direktoruna sanksiya tətbiq etdiyini açıqlayıb.

Eyni zamanda, İrannın təhlükəsizlik və kəşfiyyat bölmələrindəki bəzi rəhbər şəxslərin də adlarının sanksiya siyahısına daxil edildiyi qeyd olunur.