Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddiaları ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu barədə məlumatı jurnalist Rahil Sayadoğlu ictimailəşdirib.
O bildirib ki, Bakıda 17 yaşlı qız SMS yazaraq ailəsi tərəfindən zorla ərə verildiyini bildirib. Gənc qız bildirib ki, 11-ci sinifdə oxuyur, ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb, iki həftədən sonra da toyları olacaq.