Şəfəqə Doğru » Manşet » Bakıda 17 yaşlı qız zorla ərə verilir - Araşdırma başladı

Bakıda 17 yaşlı qız zorla ərə verilir - Araşdırma başladı

Bakıda 17 yaşlı qız zorla ərə verilir - Araşdırma başladı

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddiaları ilə bağlı araşdırmalara başlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edək ki, bu barədə məlumatı jurnalist Rahil Sayadoğlu ictimailəşdirib.

 

O bildirib ki, Bakıda 17 yaşlı qız SMS yazaraq ailəsi tərəfindən zorla ərə verildiyini bildirib. Gənc qız bildirib ki, 11-ci sinifdə oxuyur, ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb, iki həftədən sonra da toyları olacaq.