Qazax rayonunda dizel mühərikli minik aftomibil sahibləri dizel yanacağı üçün hər gün şəhərdə yeganə “AZPetrol” yanacaq məntəqəsinə gəlir və boş qayıdırlar. Adı çəkilən məntəqə şəhərin çıxışında , Bakı –Tbilisi tranzit yolunun kənarında yerləşdiyindən tranzit yük maşınları, yəni bilinən adıyla TIR-lar da yanacaq ehtiyatlarını buradan təmin edirlər, Bu səbəbdən də, yerli sakinlərin avtomobillərinə yanacaq ala bilmələri mümkünsüz hala gəlib. Çünki, TIR-ların hər biri 1 və ya 1.5 ton tutumunda yanacaq çəni doldururlar. Saatlarla vaxt itirən yerli sakinlərin çoxu məcburən digər məntəqələrdən yararlanmalı olurlar ki, onun da dizel mühərrikli aftomobillər üçün zərərli olması haqqında iddalar səsləndirilir. Bölgədə fəaliyyət göstərən əksər avtomobil təmirxanalarında ustalar digər yanacaq doldurma məntəqələrində satılan dizelın tərkibini avropadan idxal edilən avtomobillər üçün təmiz hesab etmirlər və mühərrik çirklənməsinin ilkin səbəbi kimi bunu göstərirlər. Onların fikrinə görə, "AzPetrol" yanacaq doldurma məntəqəsində satılan dizel yanacağı digərlərinə nisbətən daha təmizdir və mühərrik çirklənməsinə səbəb olmur. Bu səbəbdən də, avtomobil sahibləri əsasən "AZPetrol"-a üz tuturlar. Dolayısıyla, sözügedən yanacaq doldurma məntəqəsində növbələr yaranır.
Odur ki, bu yanacaq Qazax sakinlərinə bir əlavə problem olub. Bu işə , yəni basa - basa dözməyən Qazax camaatı məntəqədəki rəhbərliyə "heç olmazsa üç aparatdan birini yerli camaat üçün ayırın" müraciətinə isə "biz yuxarıdan belə bir göstəriş almamışıq" deyə cavab verirlər.
Məsələ ilə bağlı bizim suallarımıza da eyni şəkildə cavab verildi.
Hər hansı bir yeni göstəriş olmadığı halda hazırkı vəziyyətin davam edəcəyi labüd görünür.
TIR-ların isə , ardı –arası kəsilmir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Neymət Novruzlu.