Bu günlərdə redaksiyamıza Qazax rayon Daş Salahlı kəndinin sakinləri tərəfindən intensiv müraciətlər daxil olur.Müraciətdə bildirilir ki, 3 -4 əsr bundan əvvəl Daş Salahlı kəndi "Damcılı" bulağının və ona 100 metr mesafədə olan "Qara bulağın ətrafında məhz oranın suyuna görə məskunlaşmışdır .Günü bu gündə həmin kənd adı çəkilən su qaynaqlarından içməli su kimi istifadə edir. Kənd 50-ci illərdən bəri bir az aşagı köçmüş olsa da, yenə içməli su mənbəyi həmin bulaqlardır. Zaman-zaman Daş Salahlı kəndinin sakinləri "Damcılı" bulağı və "Qara bulaq" ətrafında xeyir-ehsan məqsədiylə oturma köşkləriylə və digər dekorativ tikintilərlə bəzəmişlər. Kənd cammatı yayın isti günlərində yay tətilinə gəlmiş və çoxusuda məhz Damcılı bulağını yad etməyə gəlmiş ,qonaqları ilə gedib Damcılı bulağında sərinlənir və bir tikə çörəyini sərin su içə -içə yeyirlər.Son 3-4 il bundan öncəyə qədər mədəniyyət nazirliyi və onun nəzdində Qazax rayonunda fəaliyyət fəailiyyət göstərən "Avey”dağ qoruğu heç Damcılı bulağının yolunu belə tanımırdı .Bu son illərdə orada kənd camaatı tərəfindən tikimiş olan o köşklərə görə ,insanların çox gəldiyini görən adı çəkilən qurumlar ,Damcılı bulağına çoxlu qadağalar qoymağa başladılar. Köşkləri, istirahətə gələnlərə oturmaq üçün , 20-30 manat müqabilində satmağa başladılar. Hər gələndən giriş üçün pul tələb edirdilər. Və digər ödənişlər tətbiq edirdilər. Uzun vaxtdan sonra, kənd camaatının çoxsaylı etirazları ilə həmin vergilər götürüldü və yaxud bir az azaldıldı. Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən karantin qaydalarının yumşaldılması haqqında verilən göstəriş və sərəncamlar ölkənin digər yerlərində olduğu kimi, Damcılı bulağına da şamil edilməli idi . Hətta, son bir ayda ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bütün restaranlarda və şadlıq evlərində yeni insanların kütləvi təmasda olduğu bütün sahələrdə saxlanılmış qadağalar da aradan götürüldü. Lakin,Damcılı bulağı və Qara bulaq istirahət mərkəzlərini hələ də qadağalar səbəbiylə bağlı saxlamağa davam edirlər.
Bəziləri kənd camaatının bütün müraciətlərinə və kütləvi imzalarla göndərdiyi məktublara məhəl qoymadan bu məhdudiyyəti ləğv etmək istəmirlər.
Faktla əlaqədar Qazax” Avey" dövlət tarixi-mədəniyyət qoruğunun müdiri Səadət (soyadını öyrənə bilmədik) xanımla telefon əlaqəsi yaratdıq və məsələ ilə bağlı sualları ünvanladıq. Səadət xanım mədəniyyət nazirliyinin özünün təbiət qoruğu haqqında əsasnaməsinə görə hərəkət etdiyini və ola bilsin gələn ayda yəni iyul ayının əvvəlinə bu məhdudiyyətlərin aradan götürülməsinə icazə verəcəklərini bildirdi.
Bütün hallarda maraqlıdır -"Əsirlik çayı" yaxud "Göy göl" qoruğunun vətəndaşların istirahəti üçün açıldığı halda "Damcılı" bulağı niyə vətəndaşların üzünə bağlı tutulur? Bəziləri üçün aidiyyəti qurumların verdiyi sərəncamları bu ərazilərdə keçərli sayılmırmı?
Ümidvarıq ki, Mədəniyyət naziri cənab Anar Kərimov məqaləmizi oxuduqdan sonra Daş Salahlı kəndinin on mindən cox olan əhalisinin istəyini nəzərə alaraq ,bu narazılıqları aradan götürəcək.
Qarşı tərəfi dinləməyə və dərc etməyə hazırıq.
Neymət