Şəfəqə Doğru » Manşet » “Makron həmişə mənə deyir ki, vatsapdan zəng et” – Zelenski

“Makron həmişə mənə deyir ki, vatsapdan zəng et” – Zelenski

“Makron həmişə mənə deyir ki, vatsapdan zəng et” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bir çox dünya liderləri ilə münasibətinin yaxşı olduğunu və hətta Fransa Prezidenti Emmanuel Makronun ona birbaşa vatsapdan zəng etməyə icazə verdiyini deyib.

Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.

“Həqiqətən də Boris Conson, Duda, Latviya və Litva liderləri ilə yaxın münasibətim var, onlar mənim zəng edə biləcəyim insanlardır. Emmanuel Makron həmişə mənə deyir ki, siz mənə vatsapdan zəng edin”.

Zelenskinin sözlərinə görə, ölkəsindəki hazırkı vəziyyət standart diplomatiya deyil, “iPhone diplomatiyası” ilə bağlıdır, buna görə də o, tez-tez telefon zəngləri etmək əvəzinə birbaşa zənglər edir.