"Rusiya şəhərlərimizi vura bilər, amma bizi sındıra bilməyəcək”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı paylaşımında bildirib.
O qeyd edib ki, Rusiya ordusu bütün gecə boyu Ukraynanın dinc əhalisini hədəf alıb: “Rusiyanı gələcəkdə ədalətli cəza və böyük qınaq gözləyir. Biz qələbəmizə inanırıq, Rusiya bizim şəhərləri vura bilər, ancaq heç vaxt bizi sındıra, müqavimətimizi qıra bilməyəcək".