Şəfəqə Doğru » Manşet » Erməni nazir Hindistana silah almağa getdi

Erməni nazir Hindistana silah almağa getdi

Erməni nazir Hindistana silah almağa getdi

Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfərə gedib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

 

Müdafiə nazirinin hansı səbəbdən Hindistana getdiyi açıqlanmayıb. Ehtimal olunur ki, erməni nazir yeni silah-sursat almaq üçün Hindistan rəsmiləri ilə danışıqlara yollanıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Hindistandan 250 milyon dollar dəyərində raketlər almışdı.