Şəfəqə Doğru » Manşet » Hərbi vəziyyət tətbiq ediləcək, yoxsa sərhədlər bağlanacaq?

Hərbi vəziyyət tətbiq ediləcək, yoxsa sərhədlər bağlanacaq?

Hərbi vəziyyət tətbiq ediləcək, yoxsa sərhədlər bağlanacaq?
"Federasiya Şurasının gündəliyi Təhlükəsizlik Şurasının iclasının gündəliyi ilə əlaqəli olacaq..."
 
"Hökumətin güc strukturlarında kadr dəyişiklikləri istisna edimir..."
 
"Vətəndaşların konstitusion hüquqları məhdudlaşdırıla bilər..."
 
Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasını toplayır...
 
Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da Təhlükəsizlik Şurasının böyük iclasını keçirəcək. 
 
İclasda Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev çıxış edəcək. İclas videokonfrans formatında keçəcək.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.
 
Onun sözlərinə görə, iclas planlıdır, gündəlik əvvəlcədən hazırlanıb. "Orada miqrasiya siyasəti ilə bağlı məsələlər razılaşdırılıb",  - Peskov deyib.
 
Eyni zamanda, "Vyorstka" nəşri məlumat verib ki,  rusiyalı senatorlar belə bildiriş alıb ki, Federasiya Şurasının sabahkı plenar iclası fasilədən sonra saat 17:00-dan davam edəcək (adətən, saat 15:00-da sona çatır).
 
Nəşrin mənbələri iddia edir ki, Federasiya Şurasının gündəliyi Təhlükəsizlik Şurası iclasının gündəliyi ilə əlaqəli olacaq.
 
Nəşrin sorğu keçirdiyi senatorlar istisna etmir ki, sabah ölkədə hərbi vəziyyət və ya fövqəladə vəziyyət tətbiq edilə bilər, hər iki rejim qanuna görə Federasiya Şurası tərəfindən təsdiq edilir. 
 
Hökumətin güc blokunda kardlar dəyişikliyi də istisna edilmir.
 
Hüquqşünas Anastasiya Burakova "İzah edə bilərik" nəşrinə deyib ki, hərbi və ya fövqəladə vəziyyətin tətbiqi konstitusion hüquqları, o cümlədən yerdəyişmə azadlığını məhdudlaşdırır. 
 
Bundan başqa, bu rejimlər maliyyə əməliyyatlarının məhdudlaşdırılmasını, publika qarşısında tədbirlərin qadağan edilməsinı, komendant saatını, azad mətbuatın məhdudlaşdırılmasını, ictimai təşkilatlar və siyasi partiyaların fəaliyyətinin dayandırılmasını, bəzi qanunların qüvvədən salınmasını nəzərdə tutur.