Şəfəqə Doğru » Manşet » Prezidentlər Cəbrayılda ağac əkdi, 15 ceyranı əraziyə buraxdı - YENİLƏNİB

Prezidentlər Cəbrayılda ağac əkdi, 15 ceyranı əraziyə buraxdı - YENİLƏNİB

Prezidentlər Cəbrayılda ağac əkdi, 15 ceyranı əraziyə buraxdı - YENİLƏNİB

Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə 15 baş ceyran buraxıblar.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

16.37

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl rayonunda ağac əkiblər.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ğ15.45

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.




HİT.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib.

15.25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, dövlət başçılarına kompleks barədə məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.

Sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.