Şəfəqə Doğru » Manşet » “Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin rejimi Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq…”

“Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin rejimi Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq…”

“Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin rejimi Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq…”
“Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin rejimi Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq…”
 
İranın Ukraynanın mülki əhalisi və infrastrukturuna qəddar hücumları davam etdirən Rusiyaya kamikadze dronlar satması və ballistik raketlər də verməyə hazırlaşması ilə bağlı Qərbin, ABŞ-ın rəsmi Tehrana qarşı daha güclü sanksiyalar tətbiq edəcəyini də nəzərə alsaq, son bir ayda ölkə daxilindəki baş verən qanlı hadisə və prosesləri necə dəyərləndirmək olar? Teokratik Tehran rejimini nə gözləyir?..
 
Mövzu ilə bağlı Shafaqadogru.com-a açıqlamasında  beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları söyləyib:
 
“Əvvəla, xatırladım ki, İran Vyanada Qərblə danışıqlar aparırdı və  Avropanı enerji ilə təmin etmək müqabilində ona qarşı tətbiq olunan bir sıra sanksiyaların aradan qaldırılmasına çalışırdı. Ancaq gözlənilmədən Rusiya danışıqlara veto qoydu. Çünki Kreml yaxşı bilirdi ki, bunu etməsə, İranın enerjisi Avropanı təmin edəcək və bu qitə ölkələri Rusiya asılılığından qurtulacaq. Məhz bundan sonra Rusiya-Ukrayna müharibəsi çərçivəsində maraqlı proseslər baş verdi. İran Rusiyaya minlərlə dron verdi və məlum oldu ki, İran həmin PUA-ları Suriya savaşı zamanı vurduğu Qərb və İsrail dronları əsasında istehsal edib. Bununla bağlı Çindən də bəzi ehtiyat hissələri  alıb. Nəticədə son aylarda Rusiya Ukraynada dinc insanların qətlə yetirilməsi və strateji hərbi və infrastruktur obyektlərinin vurulması zamanı məhz İrandan aldığı pilotsuz uçaqlardan fəal şəkidə istifadə edir.  Düzdür, Ukrayna ordusu həmin dronların çox hissəsini asanlıqla zərərsizləşdirir… Bu minvalla İran yenidən Qərb sanskiyalarından qurtulmaqdan uzaq düşüb”. 
 
“Bir məsələni də unutmayaq ki, rəsmi Tehran yenə də gizli şəkildə Qərblə, o cümlədən Vaşinqtonla danışıqlar aparır. Beləliklə, İranın Ukraynaya təcavüzündə Rusiyaya dəstək verməsinə rəğmən Kreml Tehranı böyük bir cəncələ salıb. Ancaq hələlik inanmıram ki, Qərbin sanksiyaları ilə paralel daxildəki gedən iğtişaşlar İrandakı rejimin dəyişməsinə səbəb olacaq. Bunun üçün şərait hələ yetişməyib. Amerika və Avropa İranda qərbmeyilli bir hakimiyyətin qurulmasına çalışır. O da var ki, Qərbin İrana təzyiqləri artdıqca o, daha çox  Rusiya və Çinə doğru meyillənir. İrandakı teokratik rejim on illərdir ki, Qərbin sanksiyalarına davam gətirir. Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin rejimi Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq”- deyə siyasi analitik vurğulayıb.
 
Sultan Laçın