Şəfəqə Doğru » Manşet » Rəisi Baydenin “İranı azad edəcəyik” açıqlamasına sərt CAVAB VERDİ

Rəisi Baydenin “İranı azad edəcəyik” açıqlamasına sərt CAVAB VERDİ

Rəisi Baydenin “İranı azad edəcəyik” açıqlamasına sərt CAVAB VERDİ

ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı gecikməyib.

 

Shafaqadogru.com  bildirir ki, İran prezidenti İbrahim Rəisi bu barədə Tehranda keçirilən tədbirdəki çıxış zamanı danışıb.

 

“Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, "Biz İranı azad etməyi hədəfləyirik" deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır", deyə Rəisi bildirib.

 

Çıxışında ölkədə təxminən 50 gündür davam edən etirazlara toxunan Rəisi nümayişçiləri "bəzi aldadılmış insanlar" və ya "vətən xaini" adlandırıb. Çoxlu sayda insanın həyatını itirdiyi hadisələrə görə ABŞ-ın məsuliyyət daşıdığını deyən ölkə başçısını bunları söyləyib:

 

"ABŞ bu gün təhlükəsizliyimizi, sülhümüzü və gücümüzü hədəf alıb. Biz ayıq və tədbirli olmalıyıq. Bu gün üsyanda olan hər kəs düşmənin strategiyasına uyğun hərəkət edir”.

 

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı  “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”, - deyib.  Dövlət başçısı görüş keçirən vaxt onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən plakatlarla küçələrə çıxıb. C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib.

 

Günay Rəsulqızı