Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.
“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb. Zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək” - deyə nazir qeyd edib.