İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.
Shafaqadogru.com xəbər verir ki, məşhur veteran futbolçu Məhsa Əminin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Əli Daei ilə yanaşı, daha 15 000 nəfərin edam olunacağı iddia edilib.
Ftubolçu oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə göndərilib.
Almaniya "Bavariya"sı isə rəsmi saytı vasitəsilə açıqlama yararaq, keçmiş futbolçuları Əli Daei və Əli Kəriminin taleyindən narahatlığını ifadə edib: "Onların və ailələrinin yaxşı vəziyyətdə olduqlarını eşitməyə ehtiyacımız var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxlayıb dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Məsələni diqqətdə saxlayacağıq".
Qeyd edək ki, Əli Daei karyerası ərzində İranın "İsteqlal" (Ərdəbil), "Perspolis", "Saypa", Qətərin "Əl-Sadd", Alman "Arminiya", "Bavariya", "Herta" və BƏƏ-nin "Əl Şabab" klublarında çıxış edib. 1993-2006-cı illərdə İran millisində 149 oyun keçirərək, 109 qol vurub.
Qeyd edək ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.