“Moldova NATO-nun müdafiə ittifaqının bir hissəsi olmalıdır. Artıq bunun vaxtı çatıb”.
Bunu Avropa Parlamentinin sədri Roberta Metsola Moldova Prezidenti Maya Sandu ilə görüşünün yekunlarına dair mətbuat konfransında söyləyib.
O vurğulayıb ki, NATO ittifaqının bir hissəsi olmaq Moldova kimi ölkələrin təhlükəsizliyini yaxşılaşdırmağa və daha böyük təhdidlərin qarşısını almağa kömək edəcək:
"Hazırda biz də Ukrayna kimi ciddi bir təhdidlə üz-üzəyik. Böyük bir təhlükə qapıdadır".