Şəfəqə Doğru » Manşet » Baydendən Trampın yenidən prezident olmaq istəyinə reaksiya

Baydendən Trampın yenidən prezident olmaq istəyinə reaksiya

Baydendən Trampın yenidən prezident olmaq istəyinə reaksiya

ABŞ lideri Co Bayden Donald Trampın 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətinə reaksiya verib.


Shafaqadogru.com  xəbər verir ki, Bayden Tvitter-də sələfinin "nailiyyətlərini" xatırladan qısa video yayımlayıb.


Trampın sadalanan “nailiyyətləri” arasında iqtisadiyyatı zənginlərə yönəltmək, rekord işsizlik, səhiyyə sisteminə hücum, ekstremistlərlə flört etmək, qadınların hüquqlarına zərbə vurmaq və s. qeyd edilib


Bayden videonun altına "Donald Tramp Amerikanı məğlub etdi" yazıb.


Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqladığı barədə məlumat yayılıb. Onun köməkçiləri seçkilərdə iştirak üçün rəsmi ərizə veriblər.

 

"Amerikanın qayıdışı indi başlayır!", - Tramp Floridadakı iqamətgahının qarşısında toplaşan tərəfdarlarına müraciət edərək deyib.

 

Tramp eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Baydeni Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmədiyi üçün ölkəsini nüvə müharibəsi astanasına gətirdiyinə görə tənqid edib.