Ukraynaya hərbi yardım fonunda ABŞ-ın bəzi silah ehtiyatları tükənir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ-ın 155 mm-lik mərmi, “Stinger” zenit raketləri, HARM antiradar raketləri, GMLRS raketləri və “Javelin” tank əleyhinə raketlərə ehtiyacı var.
ABŞ-ın müdafiə naziri Lloyd Austin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley vəziyyəti yaxından izlədiklərini bildiriblər.
Sentyabrın 10-da Pentaqon Ukraynaya yardım etdikdən sonra silah ehtiyatlarının artırılması üçün 1,2 milyard dollarlıq müqavilələr imzalayıb.
Akif İsmayılov