Aşağıdakı kadrlarda isə Nahidə Həmzəyevanın Səhiyyə Nazirliyinin göndərişi əsasında Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında üzləşdiyi utancverici problemlər əksini tapır. Saat 15:30 radələrində palataları bağlı xəstəxanada qaraciyər serrozu diaqnozu ilə göndərilən vətəndaşı "asma” xəstələrinin müalicə olunduğu palataya yerləşdirmək istəyirlər və ən maraqlısı budur ki, onları qarşılayan tibb bacısı bildirir ki, lüks palataları Lalə adlı təsərrüfat başçısı ilə Nabilə adlı şöbə müdiri "həll edir”. Azərbaycan səhiyyəsi üçün utancverici olan həmin kadrları təqdim edirik.
Shafaqadogru.com 24saat.org-a istinadən bildirir.