İranda polisin açdığı atəş nəticəsində universitet tələbəsi Qəzal Ranjkeş sağ gözündən güllə yarası alıb.
İranda etirazçılara atəş açan təhlükəsizlik qüvvələri hüquq fakültəsi tələbəsi olduğu öyrənilən Qəzal Ranjkeş adlı gənc qadını gözündən vurub. Yaxın məsafədən vurulan gənc qadın sağ gözünü itirib.
Ranjkeş sosial media hesabında "Sağ gözü ilə gördüyü son şey onu vuran agentin təbəssümü oldu" yazaraq, "Gözlərim gözəl idi, hamı bunu deyirdi" deyib.
Qəzal Ranjkeşin Bəndər Abbas şəhərində yaşayan hüquq tələbəsi olduğu və evindən işə gedərkən polis tərəfindən güllələndiyi öyrənilib.