Şəfəqə Doğru » Manşet » ŞAD XƏBƏR! HÖKUMƏT BU HƏFTƏ KREDİT BORCLARINI LƏĞV EDƏCƏK

ŞAD XƏBƏR! HÖKUMƏT BU HƏFTƏ KREDİT BORCLARINI LƏĞV EDƏCƏK

ŞAD XƏBƏR! HÖKUMƏT BU HƏFTƏ KREDİT BORCLARINI LƏĞV EDƏCƏK
Azərbaycan hökuməti vətəndaşların kredit borclarının bağışlanılmasına hazırlaşır. Etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, hökumət bununla jest etməyi planlaşdırır. Belə ki, ölkədə baş verən ağır iqtisadi böhran şəraitində kreditlərin ödənilməsi mümkünsüz hala gəlib. Əhali bank kreditlərini ödəməkdə çətinlik çəkir. Bu baxımdan da problemli kreditlərin həcmi son 8 ayda sürətlə artıb və demək olar ki, banklara heç bir ödəniş olunmur. Bu da həm əhalinin sosial vəziyyətinin ağırlığından, həm də iqtisadi göstəricilərin xeyli aşağı düşməsindən xəbər verir.
Qeyd edək ki, Azərbaycanda əhalinin borclarının bağışlanması təcrübəsi var. Bir neçə il əvvəl prezidentin sərəncamına uyğun olaraq əhalinin elektrik borcları tamamilə silinmişdi. Mənbə qeyd edir ki, hökumətinin kreditləri bağışlamaq fikri uzun zamandır müzakirə olunur. Artıq məsələnin bütün istiqamətləri həll olunub və ciddi problem çıxmayacağı təqdirdə sentyabr ayının son həftəsində bu qərarın verilməsi planlaşdırılır.