Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayevə qarşı dələduzluq etməkdə təqsirləndirilən Razin Qəhrəmanovun məhkəməsi başlayır.
Shafaqadogru.com Report-a istinadla xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, R.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, daha əvvəl M.Mustafayevlə R.Qəhrəmanov eyni ittiham üzrə - dələduzluq və rüşvətə təhrik etmə maddəsi ilə ittiham edilmişdi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Mustafayev Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. R.Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, M.Mustafayevin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.