"Zelenski müharibənin nə vaxt bitəcəyini bilir. Zelenski istəsə, müharibə sabah bitər".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ukraynadakı müharibə ilə bağlı sualları cavablandırarkən, müharibənin nə vaxt başa çatması ilə bağlı danışıb.
Rusiya rəsmisi bildirib ki, hər şey Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır.