Şəfəqə Doğru » Manşet » “HEÇ ŞÜBHƏSİZ HÖKUMƏTİN FƏALİYYƏTİNDƏ DƏYİŞİKLİKLƏR OLACAQ” – MİLLƏT VƏKLİNDƏN PROQNOZ

“HEÇ ŞÜBHƏSİZ HÖKUMƏTİN FƏALİYYƏTİNDƏ DƏYİŞİKLİKLƏR OLACAQ” – MİLLƏT VƏKLİNDƏN PROQNOZ

“HEÇ ŞÜBHƏSİZ HÖKUMƏTİN FƏALİYYƏTİNDƏ DƏYİŞİKLİKLƏR OLACAQ” – MİLLƏT VƏKLİNDƏN PROQNOZ

"Əslində konstitusiya aktı ali dəyərləri özündə ehtiva edən sənət toplusu kimi bizim rəflərimizdə özünə yer tapan kitab deyil. Konstitusiya bizim müstəqillik dövründə keçirdiyimiz yoldur. Bəlkə də ondan daha çox əsrlər boyu Azərbaycan dövləti uğrunda aparılan mübarizədir, milli həyatda baş verən köklü dəyişikliklərdir, ölkənin formalaşmasıdır, ən sonda hər kəsin şəxsi həyatına bağlı hesabatdır”.

Bu sözləri millət vəkili Zahid Oruc ailəsi ilə birlikdə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində səsvermədən sonra ölkə.az-ın əməkdaşına deyib.

Millət vəkili referendumla bağlı da fikirlərini bölüşüb: 

"Valideynlərim əliqabarlı zəhmət adamlarıdır. Onlar Ermənistandan deportasiya olunanda hər ikisinin təxminən 10-12 yaşı olub. Bu adamlar Heydər Əliyevin vaxtında Azərbaycanın ucqar bir əyalətində özlərinə ev qurublar, həyat yaradıblar, övladlar dünyaya gətiriblər, onları böyüdə biliblər.

Bu illər ərzində onların çox kiçik daxmaları gözəl şəraitlə əvəz olunub. Ondan sonrakı illərdə mənim, qeyd etdiyimiz sadə, öz zəhməti ilə yaşayan valideynlərin övladı kimi ulu öndərin zamanında mühüm bir siyasi yol keçmək imkanıb olub. Bu illər ərzində hansısa elmi uğurlarımızla yanaşı, eyni zamanda ölkənin parlamentində əhalimizin mühüm bir hissəsinin təmsilçilik hüququnu qazanmışam.

Belə qiymət verəndə mənim bugünki səsvermədə ailəmlə birlikdə iştirakım öz mövqeyimizi İlham Əliyevin elan etdiyi kursun dəstəyi üçün ifadə etməyimiz çox da məntiqlidir. Mənim valideynlərim və biz bu millətin sıra nəfərləri kimi həyatımızın ötən illər ərzində köklü dəyişikliyinin fərqindəyik. İnsanların referendumda daxili həyatı, islahatlar, devalvasiya, manatın kursu və sair amilləri nəzərə alması başa düşüləndir. Ölkədə strateji xətt düzgün seçilib.

Biz, İlham Əliyevin bu gün gələcək nəsillər üçün elan etdiyi dəyişim planlarına səs verdiyimizin fərqindəyik. Ona görə də, düşünürəm ki, Azərbaycanın hər bir insanı, hətta bu proseslərdən kənarda qalanlar da onu yaxşı bilirlər ki, İlham Əliyev kimi lider Azərbaycanın müasir tarixində yoxdur. Bu mənada hər kəs bu gün konstitusiya aktına, dəyişikliyə, hansısa əlavəyə deyil, bütövlükdə onun məntiqinə, idarəetmə sisteminə, dünyagörüşünə, Azərbaycanı qorumasına, təhlükəsizliyinin qorunmasına səs verdiyinin fərqindədir”.

Referendumdan sonra ölkədə gözlənilən ciddi isahatlarla bağlı da millət vəkili fikirlərini bizimlə bölüşdü:

"Prezidentin ölkənin gələcək həyatı ilə bağlı planlarını müstəsna olaraq yalnız özü bilir. Bəlkə ən yaxın çevrəsində də, məsləhətləşmələr, müzakirələr aparılsa da, nəhayətdə istər kadr dəyişiklikləri, istər idarəçilik işində təkmilləşdirmələr üçün atılacaq addımlar, məlum bürokratik sistemin aradan qaldırılması üçün gördüyü işlər, xarici əlaqələrimiz, xüsusi ilə də iqtisadi sferada həllini gözləyən çox vacib vəzifələr, neftə alternativ iqtisadiyyatın yaradılması üçün bölgələrin ayağa qalxması hazırkı dövrün ən mühüm vəzifələridir. Bu bəlli məsələdir ki, komanda üzvləri, yəni, hər bir məmur xüsusi ilə də son 6 ayda verilən yeni-yeni fərman və sərəncamı anlayır. Məmurlar İlham Əliyevlə ayaqlaşmağa məcburdurlar. Əks halda onların müstəsna xidmətləri dünənki gün üçün dəyər anlamında qalacaq. Bu gün onlar həmin zamanın çağırışı ilə işləyə bilməyəcəkləri təqdirdə yəqin ki, o komandadan kənarda qalacaqlar.

Bu gün idxal-ixrac sistemindəki dəyişiklik inkar olunmazdır. Hər hansı bir ərzaq məhsulu, bir avadanlığın, invertarın, üzərində inhisarçı mövqeyinin olduğunu çox da iddia edə bilmirik. İlham Əliyev 10 gün öncə xaricdən mal və məhsulların alınmasını dövlət qurumlarına qadağa etdi. Bu o demək idi ki, internet saytlarında da tapmağa çətinlik çəkəcəyiniz Dövlət Satınalmaları üzrə qurumun fəaliyyəti xeyli formal mahiyyət daşımağa başlayıb. Əslində bu ölkə içərisində istehsalatı qaldırmaq, əhalinin əlində olan ərzaq məhsullarını və kənd təsərrüfatından yararana biləcək yeni sahələrin inkişafı üçün atılmış çox mühüm addımdır.

Rusiya sanksiyalara məruz qaldıqda bir çoxları düşünürdü ki, bu, dövlətin sarsılması üçün kifayət edəcək. Əvəzində çox fərqli mənzərə meydana çıxdı. Bu ölkənin hazırkı milli məhsulu bütün sferalarda geniş bir şəkildə yaranmış oldu. Eləcə də, biz başa düşməliyik ki, İlham Əliyev bu dövr ərzində xüsusi ilə də, "Asan Xidmət”in fəaliyyətinin genişlənməsini təmin etməklə hər bir kadr üçün mesaj vermiş oldu. Siz jurnalist olaraq həmin qurumun binasına daxil olanda, onun xidmətindən istifadə etdikdə kömək üçün dosta, tanışa, deputata telefon açmırsınız.

İlham Əliyevin dəyişim proqramı göz önündədir. Mümkündür ki, maliyyə və iqtisadi çətinliklər dövrünün içərisində olduğumuz üçün son dəyişiklikləri həyatımızda güclü bir şəkildə yaşamırıq. Etiraf etmək lazımdır ki, məmur sisteminin özünəməxsus müqavimət gücü var. Bu inkar olunmazdır. Hər zaman belə olub, tarixdə də faktiki olaraq belədir. Azərbaycanda inqilabi deyil, evalüsyon bir yolla, məhz İlham Əliyevin liderliyi altında, onun birləşdiricilik qabiliyyəti sayəsində uğurlu dəyişikliklərə gedəcəyimizi düşünmüşük. Hamımızın bu gün verdiyimiz səs də əslində İlham Əliyevə görədir. Hüquqşünaslar hansısa sənədləri hazırlaya bilərlər, ancaq biz insanlarımızla görüşdə onu görürük ki, insanlar bunu daha artıq etimad kimi, gələcək dövrdə öz həyatında daha yeni addımlarla müşayiət olmasını istəyirlər.

Heç şübhəsiz, hökumətin fəaliyyətində dəyişikliklər olacaq. Bilmirəm hökumətin tərkibi nə qədər dəyişəcək. Bu qərar şübhəsiz ki, ölkənin birinci şəxsinə məxsusdur. Dünyanın hər yerində parlamentin buraxılması sadəcə bir müddəa kimi müəyyənləşib. Bu adi bir normadır. Bundan uzaq gedən nəticələr çıxarmaq lazım deyil. Dünənə qədər tanımadıqları parlementin sanki bu gün qayğısına qalanlar var”.