Şəfəqə Doğru » Manşet » Vanqanın 2023 proqnozları: Dünyanı gözləyən 3 fəlakət...

Vanqanın 2023 proqnozları: Dünyanı gözləyən 3 fəlakət...

Vanqanın 2023 proqnozları: Dünyanı gözləyən 3 fəlakət...

Dünyada daha əvvəl bir çox hadisəni bildiyi iddia edilən bolqar kahin Baba Vanqanın 2023-cü illə bağlı bəzi proqnozları üzə çıxıb. Ölümündən 24 il keçməsinə baxmayaraq, insanlar hələ də bolqar kahininin proqnozlarını izləməyə davam edir.

11 sentyabr terror aktları, Obamanın prezident seçilməsi, Brexit səsverməsi və hətta koronavirus pandemiyasını proqnozlaşdırdığı iddia edilən Vanqanın 2023-cü il üçün proqnozları da ürəkaçan heç nə vəd etmir.

Onun 2023-cü il proqnozları arasında 3 əsas məqam yer alıb. 1. Günəş fırtınası

Vanqa 2023-cü il ğngörülərindən biri də planetimizin ölümcül Günəş Fırtınasının hədəfi olacağı ilə bağlıdır.

2. Bioloji silah sınağı

Məşhur kahin ölkələrdən birinin 2023-cü ildə bioloji silah sınağı keçirəcəyini proqnozlaşdırmışdı. Onun proqnozlarında ölkənin adı şəkilməsə də, bir çox sosial şəbəkə istifadəçisi bu ölkənin Rusiya, Çin, Şimali Koreya və ya İran ola biləcəyini düşünür.

3. Dünya orbitdən çıxacaq

Bolqar öngörücünün sonuncu və 2023-cü il üçün ən vacib proqnozu Yerin orbitinin dəyişməsi ilə bağlıdır. Belə bir dəyişiklik olarsa, planetimiz bir sıra fəlakətlərin şahidi ola bilər.

Qeyd edək ki, "kor kahin" Vanqa 2000-ci ildə Rusiyanın "Kursk" sualtı qayığının batması ilə bağlı proqnozundan sonra dünyada məşhurlaşıb.

Bundan əlavə, o ölümündən əvvəl Kurskda bir çox insanın daşqınlardan təsirlənəcəyi barədə xəbərdarlıq etmişdi.

Vanqanın 2008-ci ildə Barak Obamanın ABŞ prezidenti seçiləcəyini proqnozlaşdırdığı da deyilir./Olke.az